RU

COP29-u hədəf seçən dağıdıcı müxalifət ifşa olundu ANALİZ

Bu günlər Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməklə dünyanın diqqət mərkəzindədir. Dünya ölkələrinin bütün siyasi dairələri, media qurumları, cəmiyyətləri ölkəmizdə təşkil edilən COP29 konfransından danışır, öz fikir və rəylərini bildirirlər. Ümumi fikir və rəylər müsbətdir. Çünki konfransın keçirildiyi ilk gündən prinsipial və əhəmiyyətli müzakirələr aparılıb və müsbət qərarların qəbulu üçün fikirlər səsləndirilib. Xüsusilə də 2015-ci ildə Paris razılaşması imzalandıqdan sonra çoxsaylı müzakirələrə baxmayaraq, onun 6-cı maddəsi (karbon bazarları) üzrə hələ də razılıq əldə etmək mümkün olmayıb. COP29-un ilk günündə Paris sazişinin 6.4 maddəsi üzrə razılaşmaya nail olunub. Bu da ümumilikdə prinsipial xarakter daşıyan 6-cı maddə üzrə razılaşmanın əldə olunmasına ümidləri artırır. Artıq beynəlxalq maliyyə korporasiyaları və bank strukturlarının açıqlamalarına görə, iqlim dəyişiklərinin fəsadlarına qarşı mübarizə məqsədilə öz maliyyə töhfələrini artıracaqlar. Məsələn, Dünya Bankı maliyyə töhfəsini 170 milyarda çatdıracağını bildirib. Bütün bunlar COP29-dan əsas gözlənti olan yeni iqlim maliyyəsi hədəfi üzrə tarixi razılaşmanın əldə olunması üçün COP29-da danışıqlar üçün əla mühit yaradır. Əminliklə demək olar ki, Bakıda təşkil olunan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası on illər belə yaddan çıxmayacaq və media mərkəzlərində müzakirə olunacaq konfransa olacaq. Ən əsası isə növbəti təşkilatçı ölkələr İqlim Dəyişmələri üzrə konfransları Azərbaycanda möhtəşəm şəkildə baş tutan konfransın təşkili və keçilməsi təcrübəsini öyrənməklə keçirməməyə çalışacaqlar.

Böhtançılar rüsvay edildi

Görünən ondan ibarətdir ki, COP29 sakit və normal axarı ilə davam etdiyi bir zamanda belə xaricdəki anti-Azərbaycan qüvvələr ölkəmiz haqqında şər və böhtan xarakterli informasiyalarını tirajlamaqda davam edirlər. COP29 Liderlər Sammitində çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizə qarşı aparılan kampaniyanı tamamilə ifşa etdi: “Qərbin yalan xəbər mediası, dırnaqarası müstəqil QHT-ləri və bəzi siyasətçiləri sanki ölkəmiz haqqında dezinformasiya və səhv məlumatın yayılmasında yarışa çıxıblar. Neftimizin olmasında bizi ittiham etmək bir növ Bakıda il ərzində 250-dən artıq günəşli günün olmasında bizi suçlamağa bənzəyir. Ölkələrə qiymət başqa meyarlara görə verilməlidir... Tanrının bəxş etdiyi təbii sərvətlər meyar kimi götürülməli deyil. Mən bir neçə ay bundan əvvəl söylədim: indi mənə hücum çəkmək istəyənlərin hamısı, – mən beynəlxalq medianı nəzərdə tuturam, – mənim yalnız Tanrının bəxş etdiyi hədiyyə sözlərimə iqtibas edirlər. Bu gün isə mən bu auditoriyada, burada təkrar etmək istəyirəm: Bu, Tanrının bəxş etdiyi hədiyyədir. Hər bir təbii sərvət – istər neft, qaz, külək, günəş, qızıl, gümüş və mis – bunların hamısı təbii sərvətlərdir. Ölkələr onların olmasına görə günahlandırılmalı və bazarda onlara tələbatın olması səbəbindən onları bazara çıxardıqlarına görə suçlanmalı deyillər. İnsanlara onlar lazımdır. Bir sözlə, mesajım belədir. COP29-un sədri kimi, əlbəttə, biz yaşıl keçidin güclü carçısı olacağıq və bunu edirik, lakin eyni zamanda, biz realist olmalıyıq”.

“Mənim sonuncu mesajım təxminən bir ildir ki, boykotu təşviq edən dairələrədir” deyən Prezident İlham Əliyev onu da bildirdi ki, onlar əllərində olan bütün alətlərdən istifadə etdilər ki, Bakıda COP29-u boykot kampaniyası başlansın: “Onlara pis xəbər var: bizim 196 ölkədən gəlmiş və qeydiyyatdan keçmiş 72 min iştirakçımız var. Onların sırasında 80 prezident, vitse-prezident və baş nazirlər var. Beləliklə, dünya Bakıya toplaşıb və biz bütün dünyaya deyirik: Azərbaycana xoş gəlmisiniz!”

Əli Kərimli, Cəmil Həsənli və xaricdəki azərbaycanlı mühacirlərin əsas məqsədi maliyyə yardımları almaqdır

İyrənc xarakter alan qaralama kampaniyasında sapı özümüzdən olan baltaların da yer alması təəccüb və təəssüf doğurur. Ən azı ona görə ki, onlar azərbaycanlı adını daşıyır və ya azərbaycanlı adına iddia edirlər. Hansı ki, onlar Fransanın, Almaniyanın, ABŞ-ın və digər qaranlıq dairələrin təlimatına uyğun olaraq hazırda təcridxanada oturub Məhkəmənin çıxaracağı cəza qərarını gözləyən Vardanyanın, Arayikin, Saakyanın, Qukasyanın və digər terrorçu başçılarının həbsdən azad edilməsini tələb edirlər. Tərəflərin iş birliyi və əməkdaşlığı təsadüfi deyil. Əgər xarici qaranlıq dairələr yerdəki təmsilçilərinə maliyyə yardımları ayırırlarsa, təmsilçilər də anti-Azərbaycan şəbəkənin qaralama kampaniyasını həyata keçirməyə cəhdlər göstərirlər. Lakin bir məsələni unutmaq olmaz ki, Arayik, Vardanyan və digər terrorçuların azadlığa buraxılması üçün göstərilən cəhdlər xarici məkrli dairələr üçün heç də məqsəd deyil, sadəcə, bir vasitədir. Əsas məkrli niyyət BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasını qaralamaq və Azərbaycanın həyata keçirdiyi böyük işlərə kölgə salmaqdan ibarətdir. Əli Kərimli, Arif Hacılı, İsa Qəmbər, Cəmil Həsənli və xaricdəki azərbaycanlı mühacirlərin isə əsas məqsədləri maliyyə yardımları almaqdır. Söz yox ki, məkrli planlarını həyata keçirə bilməsələr də, xaricdən maliyyə yardımları alırlar. Ancaq bir sual qaranlıq qalır: Vətənin maraqlarını satmaq qarşılığında aldıqları pul onları məmnun edirmi? Və ya o pulla mağazadan ərzaq alıb, təmiz vicdanla yeyə bilirlərmi?

İLHAM ƏLİYEV

Избранный
42
21
sesqazeti.az

10Источники