Bakı. Trend:
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşımaxidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlərçərçivəsində Bakı-Sınıq Körpü, Bakı-Tərtər, Bakı-Bərdə,Bakı-Gədəbəy, Bakı-Daşkəsən, Bakı-Göyçay, Bakı-Göygöl,Bakı-Kürdəmir, Bakı-İsmayıllı, Sumqayıt-İsmayıllı,Sumqayıt-Naftalan, Sumqayıt-Mingəçevir, Mingəçevir-Qazax vəGəncə-Şəki şəhərlərarası, eləcə də Qusar 3 nömrəli şəhərdaxiliavtobus marşrutlarını müsabiqəyə çıxarır.
Bu barədə Trend-ə AzərbaycanYerüstü Nəqliyyat Agentliyindən məlumat verilib.
Bildirilir ki, müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna,Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarıilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili(rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalqmarşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasınadair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkiledilir.
"Sənədlər 13 dekabr 2024-cü il saat 17:00-dək Azərbaycan YerüstüNəqliyyat Agentliyində (ünvan: Bakı şəhəri, Tarzən Hacı Məmmədovküçəsi 5; əlaqələndirici şəxs: Elsevər Qədimov – tel.:050-855-53-55, e-poçt: [email protected])qəbul ediləcək.
Qeyd edək ki, müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyatnəqliyyat vasitələri də təqdim olunmalıdır.
İddiaçıların təklifləri komissiya tərəfindən Bakı-Sınıq Körpü(Qazax Sərhəd-Keçid Məntəqəsi), Bakı-Tərtər, Bakı-Bərdə,Bakı-Gədəbəy və Bakı-Daşkəsən istiqamətlərində 5 Lot üzrə dekabrın17-də;
Bakı-Göyçay, Bakı-Göygöl, Bakı-Kürdəmir, Bakı-İsmayıllı vəSumqayıt-İsmayıllı istiqamətlərində 5 Lot üzrə dekabrın 20-də;
Sumqayıt-Naftalan, Sumqayıt-Mingəçevir, Mingəçevir-Qazax vəGəncə-Şəki istiqamətlərində, eləcə də Qusar 3 nömrəli şəhərdaxiliavtobus marşrutu üzrə 5 Lotda dekabrın 24-də baxılacaq.
Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı buradanəldə edə bilərsiniz.
Şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili)marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələliqaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsindəgöstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığınınartırılmasıdır", - məlumatda qeyd olunub.