RU

ABŞ Rusiyaya dirçəlmək fürsəti verməyəcək -AÇIQLAMA

Ukrayna prezidenti Vladimir Zelenski ilə ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp arasında görüş üçün ilkin hazırlıqlar aparılır.

Bakıvaxtı.az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa deyib. O, Trampın andiçmə mərasimindən əvvəl və ya sonra planlaşdırıldığını söyləməkdən imtina edib.

Avropa İttifaqı (Aİ) diplomatiyasının rəhbəri Jozep Borrell deyib ki, Donald Tramp administrasiyasının Ukraynadakı münaqişənin həlli planı barədə danışması hələ tezdir. Onun sözlərinə görə, Aİ artıq Ukraynaya 122 milyard avro yardım edib ki, bu da Kiyevə verilən bütün dəstəyin təxminən 50 faizini təşkil edir. Borrell vurğulayıb ki, Aİ Ukraynaya kömək etməyə davam edəcək.

Siyasi şərhçi Həsrət Rüstəmov Bakıvaxtı.az-a deyib ki, ABŞ prezidentləri adətən namizəd olduqları vaxt verdikləri bəyanatların əksər hissəsini fəaliyyətə başladıqları vaxt asanlıqla unudurlar.

Həsrət Rüstəmov: Müharibədən həm Rusiya, həm də Kiyevin müttəfiqləri yorulub

Ekspertin sözlərinə görə, Tramp pronozlaşdırılması çətin olan liderlərdəndir:

"Onun kimi adamların nəyi edib nəyi etməyəcəyi çox da bəlli olmaz. Amma bir şey aydındır ki, ABŞ-nin maraqları istənilən halda qorunacaq. Düşünürəm ki, Ukrayna məsələsində də Trampın fəaliyyəti heç də Rusiyanın deyil, məhz Vaşinqtonun strateji maraqlarına xidmət edəcək”.

Müsahibimiz vurğulayıb ki, müharibədən həm Rusiya, həm də Kiyevin müttəfiqləri yorulub. Trampın müharibəni dayandırmaqla bağlı çağırışları hər iki tərəfi qane edir.

“Trampın ilk olaraq Zelenski ilə danışması və Kiyevə yönəlik isti mesajları isə onu deməyə əsas verir ki, ABŞ Ukraynanı heç bir halda tək buraxmayacaq və Rusiyaya dirçəlmək fürsəti verməyəcək", - deyə Həsrət Rüstəmov əlavə edib.

Aydın Baxış

Избранный
43
50
bakivaxti.az

10Источники