İranda eyni vaxtda iki zəlzələ baş verib.
Publika.az xəbər verir ki, bu barədə İslam Respublikasının Milli Seysmoloji Mərkəzi məlumat yayıb. Məlumata görə, Sistan və Bəlucistan əyalətinin Nusret-Abad bölgəsində 4,2 bal gücündə zəlzələ baş verib.
Bundan yarım saat sonra Xorasan-Rizavi əyalətinin Kəşmir şəhərində zəlzələ qeydə alınıb. Burada da zəlzələnin gücü 4,3 bal olub. Dağıntı və tələfat barədə məlumat yoxdur.
Tural