RU

Avropanın ən məhsuldar futbolçusu kimdir?

Avropada keçirilən futbol çempionatlarında mövsümün bombardiri dəyişib.

Publika.az xəbər verir ki, sıralamanın yeni lideri La Liqa mövsümündə 14 qol vuran (28 xal) “Barselona”nın polşalı hücumçusu Robert Levandovskidir.

İkinci sırada yaz-payız sistemi üzrə keçirilən Estoniya çempionatının bombardiridir. Söhbət "Nimme Kalyu" klubunun heyətində mövsümdə 28 qol vuran estoniyalı Aleks Tammdan gedir.

"İlk 5"-likdə braziliyalı Reqinaldo Ramires (Latviyanın “Auda” klubu), Viktor Qyökereş (“Sportinq Lissabon”) və “Mançester Siti”nin hücumçusu Erlinq Haaland yer alıb.

Qeyd edək ki, "Qızıl buts" mükafatı ölkə çempionatlarının sonunda mövsümün bombardirinə verilir. Yarışın qaydalarına əsasən, Avropanın ən yaxşı 5 liqasında (İspaniya, İngiltərə, İtaliya, Almaniya, Fransa) vurulan qollar 2 əmsala vurulur. UEFA reytinqində 6-21-ci yerləri tutan ölkələr üçün xal 1,5 olaraq müəyyən edilib. Digər liqalarda vurulan qollar nominal dəyərlə hesablanır.

Избранный
15
publika.az

1Источники