RU

300 karatlıq tarixi daş-qaş rekord qiymətə satıldı

Kraliça II Yelizavetanın tacqoyma mərasimində taxılan, Mari Antuanettanın qalmaqallı süqutu ilə əlaqəsi ola biləcək sirli boyunbağı Cenevrədə keçirilən hərracda 4,8 milyon dollara satılıb.

Publika.az xəbər verir ki, 18-ci əsrə aid antik boyunbağının “Sotheby's” hərrac evində keçirilən "Kral və Soylu Cəvahirat" satışında 1,8 ilə 2,8 milyon dollar arasında satılacağı gözlənilib.

Lakin ciddi rəqabətdən sonra yekun qiymət vergilər və komissiyalar daxil olmaqla 4,26 milyon İsveçrə frankı olaraq qeydə alınıb.
Boyunbağı anonim alıcıya satılıb. “Sotheby's” zərgərlik departamentinin rəhbəri Andres Vhite Correal alıcının sevincdən sıçradığını qeyd edib:

"Enerji dolu bir gecə idi. Bu tarixi daş-qaşın mənşəyi Fransa İnqilabına gedib çıxır. 1780-ci illərdə baş verən bu qalmaqalda bir zadəgan Marie Antoinettenin adı yazılmış dəbdəbəli brilyant boyunbağı ələ keçirərək kraliçanın reputasiyasını daha da zədələdi və ictimaiyyətin qəzəbini artırdı. Qalmaqala səbəb olan brilyantlardan bəzilərinin bu boyunbağının üzərində həkk olunduğu düşünülür. Bu möhtəşəm antik daş-qaş tarixin inanılmaz şahididir".

Избранный
25
publika.az

1Источники