RU

Azərbaycanla Çin şirkətləri bu sahəsində əməkdaşlıq sənədləri imzaladı

  Noyabrın 11-dən başlayaraq noyabrın 22-nə qədər Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycanla Çin şirkətləri arasında “yaşıl enerji” sahəsində bir neçə sənəd imzalanıb.

Referans.az xəbər verir ki, bu barədə Energetika Nazirliyi məlumat yayıb.

Məlumata görə, bunlar,

– Füzuli rayonunda 160 MVt gücündə günəş enerjisi layihəsi üzrə Energetika Nazirliyi, “China Energy Overseas Investment Co. Ltd.” şirkəti və “SOCAR Green” MMC arasında İcra Müqaviləsi,

 – Energetika Nazirliyi və “China Energy Overseas Investment Co. Ltd” şirkəti arasında Azərbaycanda bərpa olunan enerji sahəsində əməkdaşlıq üzrə Anlaşma Memondumu

– Energetika Nazirliyi və “China Datang Co. Ltd” şirkəti arasında Azərbaycanda bərpa olunan enerji layihələrinin inkişafına dair Anlaşma Memorandumudur.

Sənədlər bərpa olunan enerji layihələrinə investisiya qoyuluşu, texniki-iqtisadi əsaslandırmanın, müvafiq tədqiqatların aparılması, Azərbaycanda bərpa olunan enerji üzrə Tədqiqat və İnkişaf Mərkəzinin yaradılması imkanlarının araşdırılması istiqamətlərində əməkdaşlığı nəzərdə tutur.  

Избранный
12
21
referans.az

10Источники