Bakı.Trend:
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi və SOCAR Greenarasında ölkənin su ehtiyatlarının idarə olunmasında enerjisəmərəliliyinin artırılması və bərpa olunan enerji layihələrinintətbiqinin genişləndirilməsi məqsədi ilə Anlaşma memorandumuimzalanıb.
Bu barədə Trend-ə ADSEA-danməlumat verilib.
Bildirilib ki, Memorandum Agentliyin əməliyyatlarında enerjiistehlakı üzrə diaqnostikanın aparılması, ixtisaslaşmış dəstək üçüntexniki məsləhətçilərin cəlb edilməsi, su ehtiyatlarının idarəolunması zamanı enerji səmərəliliyi tədbirlərinin və bərpa olunanenerji təşəbbüslərinin həyata keçirilməsi üçün yol xəritəsininhazırlanması istiqamətində əməkdaşlıq edilməsi nəzərdə tutur.
Memorandum həmçinin Azərbaycanın milli, davamlı və dayanıqlıgələcək hədəflərini dəstəkləyəcək yeni layihələrinin tədqiqində həriki qurumun ortaq marağını vurğulayır.