"Real"ın futbolçusu Kilian Mbappe Fransa millisinin düşərgəsinə getmək istəmədiyi açıq şəkildə bildirib.
QOL.az xəbər verir ki, bu barədə "L’Équipe" nəşri məlumat yayıb. 25 yaşlı hücumçu bunu sentyabrda millinin təmsilçilərinə çatdırıb. O, fikrini komandası ilə daha çox nailiyyətlər əldə etməyə yönəltdiyini bildirib.
Qeyd edək ki, Kilian Mbappe oktyabr və noyabr aylarında Fransa millisinin düşərgəsinə çağırılmayıb.