RU

Zelenskinin ofisi ABŞ-a Avropadakı hərbi kontingentin qismən dəyişdirilməsini təklif edib

Kiyev ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampa ABŞ hərbi kontingentinin qismən dəyişdirilməsini, həmçinin mineral ehtiyatların birgə işlənməsini təklif edə bilər.

 

Oxu24.com xəbər verir  ki, bu barədə “La Repubblica” qəzetinə müsahibəsində Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak bildirib.

 

“Biz hərbi hazırlığı artırmışıq və Trampa müxtəlif regionlarda, ilk növbədə Avropada Amerika kontingentinin qismən dəyişdirilməsini təklif edə bilərik”, deyə o bildirib.

Podolyak həmçinin ABŞ-a Ukraynanın litium və titan kimi nadir mineralların ehtiyatları ilə birgə işləməyi təklif edib.

Onun sözlərinə görə, Ukrayna hakimiyyəti ABŞ-ın yeni prezidentinin Rusiyaya qarşı iqtisadi sanksiyaları, xüsusən də neft sektoruna qarşı sərtləşdirməsini gözləyir.

Tramp dəfələrlə bəyan edib ki, prezident seçkilərində qalib gəlsə, Ukraynada hərbi əməliyyatların bitməsinə nail olacaq və üçüncü dünya müharibəsinin başlanmasının qarşısını alacaq. Onun sözlərinə görə, 2020-ci il seçkilərində qalib gəlsəydi, Moskva ilə Kiyev arasında silahlı qarşıdurma baş verməzdi.

Bundan əvvəl ABŞ Zelenskinin “qələbə planı”nın həyata keçirilməsi üzrə işlərdən danışmışdı.

 

Nigar

 

Избранный
20
50
oxu24.com

10Источники