RU

Gəncə teatrında ilk dəfə kiçik səhnədə tamaşa premyerası olub

Gəncə Dövlət Milli Dram Teatrında türk dramaturqu Birgül Gülər Yaşıloğlunun “Qadınlar danışarsa” pyesi əsasında hazırlanan eyniadlı tamaşanın premyerası olub.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, teatrın baş rejissoru, Prezident mükafatçısı Elşad Əhmədovun quruluş verdiyi tamaşa teatr tarixində ilk dəfə olaraq kiçik səhnədə qurulub. Xalq artisti Pərvanə Qurbanova, Əməkdar artist Kəmalə Məmmədova və digər aktrisaların rol aldığı dram əsəri tamaşaçıların marağına səbəb olub və alqışlarla qarşılanıb.

İlin sonunadək Gəncə Dövlət Milli Dram Teatrının səhnəsində Nəcəf bəy Vəzirovun “Yağışdan çıxdıq, yağmura düşdük” komediyasının, eləcə də Toyqun Orbayın “İnsan oğlunun şərəfinə” dramatik tamaşasının təqdimatı da olacaq.

Избранный
22
sia.az

1Источники