Wanda Nara ayrıldığı əri Mauro İkardini polisə verib.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, Boşanmaq qərarına gələn İkardi Argentinaya Naranın evinə gedib. Bu zaman onların arasında mübahisə yaranıb. Nara mübahisədən sonra polis bölməsinə gedərək İkardidən şikayət edib.
Argentina mətbuatına görə; İkardini ondan 1 milyon dollar oğurlamaqda da günahlandıran Nara ulduz futbolçudan şikayətçi olduğunu və sevgilisi L-Gantedən hamilə olduğunu iddia edib.
Şikayətdən sonra İkardiyə rəsmi mənbələrdən Naraya yaxınlaşmaması, onun evə girişinə qadağa qoyulması və noyabrın 15-də saat 10:00-da keçiriləcək iclasda iştirak etməsi barədə məlumat verilib.
İkardi bildirib ki, yeganə məqsədi qızlarını ölkədən çıxarıb İstanbula öz yanına aparmaqdır.
Qeyd edək ki, cütlüyün Françeska və İzabella adlı iki qızı var.