RU

ABŞ-ın tarif artımları: Hansı ölkələr daha çox təsirlənəcək?

Fins.az, Deutsche Bank araşdırmasına istinadən xəbər verir ki, ABŞ-ın Tramp dövründə gömrük tariflərinə planlaşdırdığı artımlar qlobal ticarətə əhəmiyyətli təsir göstərəcək. Təhlillər göstərir ki, tariflər Çindən çox, Meksika, Vyetnam, Kanada və Avropa ölkələrinə mənfi təsir edəcək. ABŞ-ın Çinə tətbiq edəcəyi tarifləri digər ölkələrin də qəbul etməsi halında, Çin qlobal ticarətdə daha böyük itkilərlə üzləşə bilər.

İnkişaf etməkdə olan iqtisadiyyatlar, xüsusilə Meksika və Vyetnam, yüksək risk qrupunda hesab edilir. Kanada isə inkişaf etmiş ölkələr arasında ən çox təsirlənənlər sırasındadır. ABŞ ilə ticarət əlaqələrinin həcmi, ixrac strukturu və ABŞ-dan asılılıq səviyyəsinə əsaslanan araşdırmada, digər böyük iqtisadiyyatların da bənzər addımlar atması halında Çin üçün əlavə “antidempinq” tarifləri riski yarana biləcəyi vurğulanır.

Türkiyə isə siyahının sonlarında yer alır, ABŞ-dan ticarət asılılığının nisbətən az olması səbəbindən tariflərin mənfi təsirindən daha az zərər görəcəyi təxmin edilir. Deutsche Bank, ABŞ-ın tarif strategiyasının ölkədə fiskal stimulları dəstəkləməyi hədəflədiyinə də diqqət çəkir.

 

Zemfira Ms
Fins.az

   

Избранный
4
36
fins.az

10Источники