Bakı. Trend:
COP29-da mədəniyyətlərin müxtəlifliyi, pavilyonların kreativliyivə konfrans iştirakçılarının unikal ekspozisiyaları təqdim olunub.Trend "Blue ZoneCOP29"dan fotoreportajı diqqətinizə çatdırır.
Sərgilər arasında arxeoloji tapıntılar, Azərbaycanın xalçaları,milli geyimləri, artefaktlar, eləcə də məşhur amerikalıfotojurnalist Bred Uilsonun Azərbaycanda və dünyanın digərölkələrində çəkdiyi vəhşi heyvanların fotoşəkillərini təqdim edən“Təbiətin rəmzləri” də var. İştirakçı dövlətlərin pavilyonlarımaketlərdə, afişalarda, panellərdə və hətta xalçalarda öz əksinitapmış mədəni xüsusiyyətləri, davamlı inkişaf fəaliyyətlərini vəinnovativ ekoloji həlləri əks etdirir. Ziyarətçilər ənənəvisənətkarlıqla tanış ola, həmçinin milli xörək və içkiləri dada,milli incəsənət üzrə ustad dərslərində iştirak edə bilərlər.
Xatırladaq ki, noyabrın 11-də Bakıda BMT-nin İqlim Dəyişikliyiüzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyası işə başlayıb.
COP29-un Azərbaycanda keçirilməsi qərarı ötən il dekabrın 11-dəDubayda keçirilən COP28 plenar iclasında qəbul edilib. BirləşmişMillətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitindəinsanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaqüçün imzalanmış sazişdir.
"COP" (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyiüzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksəkqanunverici orqan olan "Tərəflərin Konfransı" mənasını verir.Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cürrazılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilinmartında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.