Cornell Universitetinin İctimai Siyasət Məktəbinin araşdırmasına görə, ABŞ-da Nyu-York əyalətinin əhalisi 2050-ci ilə qədər 2 milyondan çox azala bilər.
NOCOMMENT.az xəbər verir ki, bu barədə New York Post məlumat yayıb.
“New York Post”un məlumatına görə, azalma 13%-dən çox olacaq.
Bu tendensiyanın səbəbləri doğum nisbətinin əhəmiyyətli dərəcədə azalması, həmçinin yeni sakinlərin axınının olmamasıdır.
“Əhali itkisinin nəticələri ağırdır. “Nyu-York ABŞ Konqresində nüfuzunu itirə, Nümayəndələr Palatasındakı yerlərini Florida və Texas kimi əhalisi artan ştatlara itirə bilər”, – nəşr yazır.