RU

"İran nüvə silahı yaratmayacaq" - Məsud Pezeşkian

İran prezidenti Məsud Pezeşkian MAQATE rəhbəri Rafael Qrossi ilə danışıqlar zamanı bildirib ki, İran nüvə silahı yaratmayıb və yaratmayacaq.

Qaynarinfo bu barədə Mehr agentliyinə istinadən xəbər verir.

"Dəfələrlə qeyd etdiyimiz kimi, İranın Ali Rəhbərinin (Əli Xamenei) fətvasına əsasən, biz nüvə silahı yaratmağa çalışmamışıq və çalışmayacağıq", deyə Pezeşkian bildirib.

Qeyd edək ki, 2015-ci ildə İran və altılıq ölkələri (Böyük Britaniya, Almaniya, Çin, Rusiya, ABŞ və Fransa) nüvə sazişi - Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) imzalayıb. Sənəd İranın nüvə proqramını məhdudlaşdırmaq müqabilində ona qarşı sanksiyaların ləğvini nəzərdə tuturdu. 

2018-ci ilin mayında ABŞ prezidenti Donald Trampın rəhbərliyi altında JCPOA-dan çıxıb və Tehrana qarşı sanksiyaları bərpa edib. Buna cavab olaraq, İran nüvə tədqiqatları, sentrifuqaların istifadəsi və uranın zənginləşdirilməsi səviyyəsinə qoyulan məhdudiyyətlərdən imtina edərək, saziş üzrə öhdəliklərini mərhələli şəkildə ləğv etməyə başlayıb.

Aydın

Избранный
4
qaynarinfo.az

1Источники