“Gələn il Gürcüstanın Aİ-yə daxil olması ilə bağlı danışıqlar başlayacaq” – Kobaxidze
“Aİ 2025-ci ildə Gürcüstanın icmaya daxil olması ilə bağlı danışıqlara başlayacaq”. Yeniavaz.com xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze Gürcüstanın “Birinci Kanal”ına müsahibəsində bildirib. “Düşünürəm ki, bu il, əlbəttə ki, danışıqların açılışı baş tutmayacaq, lakin gələn il yüksək ehtimalla danışıqlar başlayacaq, xüsusən ona görə ki, Ukraynada müharibə yəqin ki, ondan əvvəl bitəcək”, - Kobaxidze bildirib. Kobaxidze həmçinin Aİ-nin ölkənin Avropa İttifaqı ilə vizasız rejimin mümkün ləğvi ilə bağlı bəyanatlarını uydurma adlandırıb: “Əminəm ki, bu istiqamətdə konkret addımlar atılmayacaq, o cümlədən belə alətlər öz effektivliyini tamamilə itirdiyinə görə”.