Dünya futbolunun canlı əfsanəsi Ronaldinyo Azərbaycana səfəri ilə bağlı paylaşım edib.
Fanat.Az xəbər verir ki, braziliyalı dünya çempionu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində paytaxtda keçirdiyi görüşlərin yer aldığı video paylaşıb.
O, Bakıya təşəkkür edib və növbəti il COP30-un ölkəsində keçiriləcəyini xatırladıb.
Noyabrın 12-də Azərbaycana gələn Ronaldinyo bu gün səhər saatlarında ölkəmizi tərk edib.