RU

Yuxunun keyfiyyətini necə yaxşılaşdırmaq olar? - Fransalı alimlərdən qeyri-adi üsul

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Kanadanın Monreal və Fransanın Puatye universitetlərindən olan alimlər müəyyən ediblər ki, gündəlik olaraq bütün bədənin kriostimulyasiyası (ifrat soyuqlara məruz qalmaq) yuxunun keyfiyyətini və əhvali-ruhiyyəni yaxşılaşdırır.
Oxu.Az-ın Gazeta.ru-ya istinadən xəbərinə görə, bununla bağlı araşdırmanın nəticələri "Cryobiology" jurnalında dərc olunub.
Məlumata görə, tədqiqatda doqquz qadın və 11 kişi olmaqla, 23 yaşlarında 20 sağlam könüllü iştirak edib. İştirakçılar gündəlik olaraq -90°C-də beş dəqiqə davam edən kriostimulyasiya seanslarından keçiblər. Həddindən artıq soyuğa məruz qalan iştirakçılardan hər birinə beyin fəaliyyətini qiymətləndirmək üçün sensorları olan simsiz baş sarğısı taxılıb. Məqsəd yuxunun keyfiyyətində və strukturunda dəyişiklikləri müəyyən etmək olub.
Nəticələr göstərib ki, kriostimulyasiya bir seansdan sonra nəzərəçarpacaq təsir göstərməyib, lakin artıq beşinci seansdan sonra iştirakçılar yaxşılaşmanı hiss etməyə başlayıblar. Yavaşdalğalı yuxunun - orqanizmin bərpasına cavabdeh olan fazanın davamlılığı kriostimulyasiyadan sonra ilk iki yuxu siklində orta hesabla 7.3 dəqiqə artıb. Bu da gecə istirahətinin keyfiyyətinə müsbət təsir göstərdiyinin sübutu olub.
Tədqiqatlar, həmçinin qadın və kişilərin kriostimulyasiyaya fərqli reaksiya göstərdiklərini də aşkara çıxarıb. Belə ki, qadınlar protokolun üçüncü və dördüncü gecələrində yuxuda əhəmiyyətli irəliləyişlər müşahidə ediblər. Onların hesablamalarına görə, gecə istirahətinin keyfiyyəti 3.4-dən 3.9-a (1-dən 5-ə qədər olan şkala üzrə) yüksəlib. Qadınların narahatlıq səviyyəsi də azalıb. Lakin kişilərdə bu təsir daha az özünü göstərib. Bu nəticələr soyuğa məruz qoyma prosedurlarına cinsiyyətdən asılı olaraq dəyişikliklərin edilməsinin zərurətini ortaya çıxarıb.
Избранный
6
50
oxu.az

10Источники