RU

İqlim, innovasiya və ticarət üzrə CAREC Tərəfdaşlığına dair Bakı Bəyannaməsi imzalanıb

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə təşkil edilən İqlim, İnnovasiya və Ticarət üzrə CAREC Tərəfdaşlığına həsr olunmuş Yüksək Səviyyəli Sessiya keçirilib.

Bu barədə Oxu.Az-a İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Asiya İnkişaf Bankının Mərkəzi və Qərbi Asiya üzrə Əməkdaşlıq və İnteqrasiya Departamentinin regional başçısı Ləzizə Sabirovanın moderatorluğu ilə keçirilən tədbirdə iqtisadiyyat naziri Mikayıl Cabbarov CAREC Proqramının regionun inkişafına töhfələrini vurğulayıb. Qeyd olunub ki, proqram müxtəlif sektorlar üzrə yüksək keyfiyyətli layihələrə, o cümlədən prioritet istiqamətlərə sərmayə qoymaqla regional əməkdaşlığın gücləndirilməsini dəstəkləyir. Diqqətə çatdırılıb ki, regionda mühüm nəqliyyat qovşağı olan Azərbaycan transsərhəd və tranzit prosedurlarının, logistikanın davamlı olaraq təkmilləşdirilməsində və ticarətin rəqəmsallaşmasında önəmli rol oynayır. Azərbaycanın CAREC ölkələri ilə ticarət və investisiya əlaqələrinin gücləndirilməsi üçün səylərin davam etdirildiyi bildirilib: "2024-cü ilin doqquz ayı ərzində Azərbaycan ilə CAREC-ə üzv dövlətlər arasında ticarət dövriyyəsi təqribən 4 milyard ABŞ dollarına çatıb, CAREC ölkələrinin Azərbaycanın ümumi xarici ticarətində payı isə 11,5 faiz təşkil edib". Qeyd edilib ki, tədbir çərçivəsində imzalanan "İqlim, İnnovasiya və Ticarət üzrə CAREC Tərəfdaşlığına dair Bakı Bəyannaməsi" regionda sosial, iqtisadi və ekoloji sahələrdə təşəbbüsləri dəstəkləyən yeni platforma formalaşdıracaq. Həmçinin, bu çərçivədə yeni yaşıl prinsiplərin qəbul edilməsi prosesləri asanlaşacaq, ticarət və iqlim dəyişikliyi üzrə dialoq təşviq ediləcək.

Asiya İnkişaf Bankının prezidenti Masatsuqu Asakava, Asiya İnkişaf Bankının Mərkəzi və Qərbi Asiya Departamentinin baş direktoru Yevgeni Jukov, 2024-cü il üzrə CAREC Proqramına sədrlik edən Qazaxıstanın Baş nazirinin müavini, milli iqtisadiyyat naziri Nurlan Baybazarov CAREC ölkələrinin tərəfdaşlığı, iqlim dəyişikliyinin mənfi təsirlərinə qarşı birgə tədbirlər, yaşıl layihələrin reallaşdırılması imkanları barədə fikirlərini bildiriblər. Sessiyada CAREC İqlim Dəyişikliyi Fəaliyyət Planı, CAREC İqlim və Davamlılıq Layihəsinə Hazırlıq Fondu və İqlim, İnnovasiya və Ticarət üzrə CAREC Tərəfdaşlığına dair təqdimatlar olub.

Tədbirdə iqlim riskinə hazırlıq, su, enerji və qida təhlükəsizliyi, aşağı karbonlu həllər, iqlim fəaliyyəti istiqamətində tərəfdaşlığın gücləndirilməsi ətrafında müzakirələr aparılıb. Proqrama üzv olan ölkələr arasında İqlim, innovasiya və ticarət üzrə CAREC Tərəfdaşlığına dair Bakı Bəyannaməsi imzalanıb.




"Asiya İnkişaf Bankı (AİB) və bankın Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramına (CAREC) üzv olan ölkələr regional əməkdaşlığın daha da gücləndirilməsi istiqamətində səmərəli səylər göstərirlər".

"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov COP29 çərçivəsində keçirilən "İqlim, İnnovasiya və Ticarət (CAREC) Tərəfdaşlığı üzrə Nazirlər Görüşü"ndə bildirib.

Onun sözlərinə görə, Azərbaycan daha güclü regional əməkdaşlıq və inteqrasiyanın təşviqinə sadiqdir:

"Azərbaycan və Mərkəzi Asiya ölkələri qlobal arenada getdikcə daha çox əhəmiyyət kəsb edən unikal tarixi, mədəni və geosiyasi məkanı bölüşürlər. Bu mənada hazırkı proqram regionun birgə və davamlı inkişafı üçün birləşdirilməsində həyati rol oynayır. İyirmi il ərzində CAREC proqramı regionumuzun inkişafına ciddi töhfə verib. Proqram yeni prioritet sahələri daxil olmaqla müxtəlif sektorlarda yüksəkkeyfiyyətli layihələrə sərmayə qoymaqla regional əlaqələrin gücləndirilməsini dəstəkləyir və eyni zamanda tədqiqat, bilik mübadiləsi və ən yaxşı təcrübələrdə regional əməkdaşlıq üçün katalizator rolunu oynayır".

AİB-in prezidenti Masatsuqu Asakava vurğulayıb ki, CAREC üzv ölkələrdə ekoloji davamlılığı və iqtisadi rifahı prioritetləşdirən aşağı karbonlu gələcək üçün qətiyyətlə hərəkət etməyin vaxtıdır:

"Məqsəd və fəaliyyətdə birləşərək gələcək nəsillər üçün davamlı dəyişiklik yarada bilərik. AİB bu transformasiya yolunda hər addımda dəstək olmağa hazırdır".

Qeyd edək ki, AİB tərəfindən 1997-ci ildə təsis edilmiş CAREC Proqramının əsas məqsədi Mərkəzi Asiya, Cənubi Qafqaz və Cənubi Asiya ölkələri arasında iqtisadi əməkdaşlığın təşviqidir.


Избранный
3
11
ekologiya.az

10Источники