RU

Azərbaycan səfiri etimadnaməsini Oman Sultanına təqdim edib

Azərbaycanın Oman Sultanlığına yeni təyin olunmuş səfiri Rəşad İsmayılov etimadnaməsini Oman Sultanı Haitham bin Tariq Al Saidə təqdim edib.

"Operativ Media" xəbər verir ki, bu barədə səfirliyin sosial şəbəkə hesabında bildirilib.

Oman Sultanı səfiri təyinatı münasibətilə təbrik edib və gələcək fəaliyyətində uğurlar arzulayıb. O, ölkələrimiz arasında beynəlxalq təşkilatlarda uğurla həyata keçirilən qarşılıqlı faydalı əməkdaşlığı yüksək qiymətləndirib.

O, ikitərəfli əlaqələrin genişləndirilməsinin zəruriliyini qeyd edərək Azərbaycan və Oman arasında istər ikitərəfli, istərsə də çoxtərəfli formatda, xüsusilə Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində müsbət əməkdaşlığın davam etdirilməsi, bununla yanaşı, iqtisadi, enerji, təhsil, turizm və digər sahələrdə əlaqələrin inkişaf etdirilməsində maraqlı olduğunu bildirib”, – səfirliyin mətbuat xidməti qeyd edib.

Sultan Bakı şəhərində kecirilən COP29-un qlobal iqlim problemlərinin həllinə öz töhfəsini verəcəyini qeyd edərək bu çətin və məsuliyyətli ev sahibliyində Azərbaycana uğurlar arzulayıb.

“Xoş sözlərə və qəbula görə minnətdarlığını bildirən səfir iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğulayıb”, – məlumatda diqqətə çatdırılıb.

Xatırladaq ki, iyunda Azərbaycan Prezidenti Omana yeni səfir təyin etmişdi.

Избранный
10
10
operativmedia.az

10Источники