RU

Azərbaycanın “İtkin düşmüş şəxslər”lə bağlı qətnaməsi BMT-də QƏBUL EDİLDİ

Azərbaycan tərəfindən irəli sürülmüş “İtkin düşmüş şəxslər” adlı qətnamə BMT Baş Assambleyasının 3-cü Komitəsində qəbul edilib.

Bizim.Media xəbər verir ki, bu barədə BMT-nin rəsmi saytında məlumat verilib.

Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi tərəfindən irəli sürülmüş qətnamə layihəsi üzrə bir ay ərzində üzv dövlətlərlə aparılmış danışıqlar nəticəsində layihənin mətni razılaşdırılıb.

Qətnaməyə 56 ölkə həmmüəllif qismində qoşulub. 

Qeyd edək ki, qətnamənin əsas məqsədi silahlı münaqişələrin humanitar faciələrindən biri olan itkin düşmə hallarının qarşısının alınması və itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi üçün beynəlxalq humanitar hüquq və beynəlxalq insan hüquqları öhdəliklərinə hörmət və riayətin vacibliyinə diqqətin cəlb edilməsidir. 

Bizim.Media 

Избранный
2
3
bizim.media

10Источники