RU

Maaş və pensiyalarla bağlı açıqlama

Maaş və pensiyalar artacaq - Deputatdan açıqlama

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev jurnalistlərə açıqlamasında bildirib ki, artıq gələn ildən sosial paketlər dərinləşəcək.

Nazir qeyd edib ki, minimum əmək haqqı, eləcə də pensiyalarda artım olacaq.

Nəzərə alsaq ki, minimum əmək haqqı və pensiyanın artırılması ilə bağlı dövlət başçısı İlham Əliyev tərəfindən göstəriş verilib və buna uyğun olaraq artıq noyabr ayında Əmək və Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanmış təkliflər digər dövlət qurumlarına təqdim olunub. Fiskal qiymətləndirmədən sonra həmin təkliflər büdcə layihəsi çərçivəsində də müzakirə olunacaq.

Bakuinfo.net  xəbər verir ki, Mövzu ilə bağlı BAKU.WS-ə danışan Milli Məclisin deputatı, iqtisadçı alim Vüqar Bayramov bildirib ki, artıq növbəti ildən etibarən həm minimum əmək haqqı, həm minimum pensiya, həm də xüsusən indeksasiya nəticəsində bütün növ əmək pensiyalarında artımlar olacaq:

"Artımların faizləri ilə bağlı yaxın zamanlarda müzakirələr aparılan müddətdə məlumat verilməsi mümkün olacaq. Bizim təkliflərimiz ondan ibarətdir ki, həm minimum əmək haqqı, həm də minimum pensiyada iki rəqəmli artımlar həyata keçirilsin. Mövcud fiskal imkanlarımız çərçivəsində daha çox artımların həyata keçirilməsi təqdirəlayiqdir. Xüsusən 2023 və 2024-cü illərin inflyasiya səviyyəsinin nəzərə alınması və buna uyğun olaraq artımların həyata keçirilməsi vacib məsələlərdəndir.

Избранный
8
18
bakuinfo.net

10Источники