RU

Nazir: Bakı Mərkəzi Asiya ölkələri ilə bərpa olunan enerji layihələrinin həyata keçirilməsində əməkdaşlığa önəm verir

Azərbaycan Mərkəzi Asiya ölkələri ilə regional bərpa olunan enerji layihələrinin həyata keçirilməsində əməkdaşlığa böyük önəm verir.

“Report” xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində keçirilən “Mərkəzi Asiya üçün Enerjiyə Keçid İnvestisiya Forumu”nda bildirib.

“Son illərdə Mərkəzi Asiya ölkələri regionun zəngin bərpa olunan enerji resurslarından istifadə etmək və enerji dayanıqlılığı üçün vacib həllər təklif etmək məqsədilə əhəmiyyətli layihələr həyata keçirirlər. Azərbaycan Mərkəzi Asiya ölkələri ilə regional bərpa olunan enerji layihələrinin həyata keçirilməsində əməkdaşlığa böyük önəm verir. Bu kontekstdə biz Mərkəzi Asiya – Azərbaycan Yaşıl Enerji Layihəsinin reallaşdırılması üçün strateji təşəbbüs üzrə əməkdaşlığa başlamışıq. Bu təşəbbüs ölkələrin yaşıl enerji keçidindəki rolunu artırmağa və enerji təhlükəsizliyini gücləndirməyə yönəlib. Bu səylər beynəlxalq investorlar üçün cəlbedici imkanlar yaradır”, – o vurğulayıb.

Nazirin sözlərinə görə, IRENA regionda yaşıl və inklüziv iqtisadi transformasiyaya nail olmaq məqsədilə Mərkəzi Asiyada Bərpa Olunan Enerji üçün Sürətləndirilmiş Tərəfdaşlıq adlı təşəbbüsü başladır: “İnanırıq ki, əsas maneələri aradan qaldırmaqla və regional əməkdaşlığı gücləndirməklə, bu tərəfdaşlıq Mərkəzi Asiyanın bərpa olunan enerji hədəflərinə çatmasına, enerji təhlükəsizliyinin artırılmasına və qlobal iqlim məqsədlərinə nail olmasına əhəmiyyətli dəstək verəcək”.

Избранный
11
50
report.az

10Источники