RU

Politoloq: Trampın yeni adminstrasiyası çoxlu suallar doğurur...

ABŞ-da Dövlət Katibi vəzifəsinə ermənipərəstliyi və türkəfobluğu ilə seçilən senator Marko Rubionun adı çəkilir...

Zeynal Əmrəliyev: “Nəzərə almalıyıq ki, Marko Rubio fikirləri dəyişən şəxsdir. Məsələn, o Trampın komandasına daxil olmamışdan əvvəl Rusiyanı çox sərt şəkildə tənqid edirdi. Ancaq hal-hazırda Rusiya-Ukrayna müharibəsi ilə bağlı verdiyi açıqlamalarda bu tənqiddən əsər-əlamətin qalmadığını görürük”.

“Hesab edirəm ki, ikinci Tramp dönəmində İsrailə limitsiz dəstəyin verilməsinın, İranla münasibətlərin daha da gərginləşməsinin, Rusiya ilə daha loyal münasibətlərin qurulmasının, Ukraynanın sıxıdırlmasının, Çinlə münasibətlərin gərginləşməsinin, Hindistana maksimum dəstəyin verilməsinin və Asiyanın Hindistanın təsiri altına salınmasının şahidi olacağıq”.

Bu sözləri politoloq Zeynal Əmrəliyev Trampın formalaşmaqda olan adminstrasiyasını Poliqon-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi, Tramp adminstrasiyasında bir sıra əsas vəzifələrə təyin edəcəyi şəxslərin adlarını açıqlayıb. Bu namizədlərin siyahısına baxarsaq, ABŞ-nin yeni administrasiyasının yürüdəcəyi xarici və daxili siyasət necə görünür?

Xüsusilə, Tramp Dövlət Katibi vəzifəsinə ermənipərəstliyi və türkəfobluğu ilə seçilən senator Marko Rubionun adını çəkib. Senator Marko Rubio həmçinin Çin və Rusiyaya qarşı da radikal mövqedən çıxış edən birisidir və bu şəxsin ABŞ-nin xarici siyasətini müəyyənləşdirilən şəxs olması Trampın elan etdiyi hədəflərə dünya çapında nə qədər müsbət və mənfi təsirlər göstərə bilər? O cümlədən, ermənipərəst Marko Rubionun Azərbaycan-Ermənistan sülh prosesinə təsirləri barədə nə demək olar?

Trampın aparacağı xarici siyasəti Poliqon-un əməkdaşı politoloq Zeynal Əmrəliyev ilə müzakirə edib.

Zeynal Əmrəliyev: “Trampın komandasına baxanda və verdiyi açıqlamalardan hiss olunur ki, yeni komandanın Cənubi Qafqaz siyasətində müəyyən yanlışlıqlar olacaq”.

ABŞ-ın xarici siyasətinin tam olaraq Dövlət Departamentində formalaşmadığını nəzərə çatdıran politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, buna görə də, Dövlət Departamentinə rəhbərlik edəcək şəxs də ABŞ xarici siyasətində həlledici şəxsdir:

Donald Trampın formalaşdırdığı indiki administrasiyaya baxdıqda ABŞ-ın xarici siyasətini bir qədər müəyyənləşdirmək mümkündür. Hesab edirəm ki, ikinci Tramp dönəmində İsrailə limitsiz dəstəyin verilməsinın, İranla münasibətlərin daha da gərginləşməsinin, Rusiya ilə daha loyal münasibətlərin qurulmasının, Ukraynanın sıxıdırlmasının, Çinlə münasibətlərin gərginləşməsinin, Hindistana maksimum dəstəyin verilməsinin və Asiyanın Hindistanın təsiri altına salınmasının şahidi olacağıq.

Trampın komandasına baxanda və verdiyi açıqlamalardan hiss olunur ki, yeni komandanın Cənubi Qafqaz siyasətində müəyyən yanlışlıqlar olacaq. Mən düşünmürəm ki, Trampın yeni komandası ABŞ-nin nüfuzunu xarici aləmdə gücləndirəcək. Əksinə, hesab etmək olar ki, Trampın dünən elan elədiyi yeni adminstrasiya ABŞ-nin xaricdəki nüfuzuna əzici zərər verəcək. Çünki bu adamların böyük əksəriyyəti vaxtilə kimlərsə tərəfindən ələ alınan qalmaqallı və populist siyasətçilərdir. Ona görə də düşünmürəm ki, bu adamlar ABŞ-nin maraqlarını nəzərə alaraq obyektiv siyasət aparacaqlar. Bu isə təbii ki, ABŞ-yə qarşı mərkəzdənqaçmanı daha da sürətləndirəcək.

Məsələn, Marko Rubio senatot olarkən görünürdü ki, o türklərə nifrət edir və bu nifrət hissi onda ermənilər tərəfindən yaradılıb. Eyni zamanda Marko Rubio Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilib. O müxtəlif dövrlərdə ölkəmizə qarşı ittihamlar irəli sürən bir şəxsdir. O zaman bu şəxs AVŞ-nin strateji maraqları çərçivəsində türklərlə, türk dünyası ilə necə dil tapmağa çalışacaq və buna nail ola biləcəkmi?

Həmçinin Marko Rubionun Çin və Rusiya ilə bağlı da qalmaqallı fikirləri var bı ona qarşı hətta Rusiya tərəfindən sanksiya da tətbiq edilib. Bu durumda Tramp Rusiya ilə vəd etdiyi sükh orosesini necə apara biləcək?

Zeynal Əmrəliyev: “Əgər Trampın yeni adminstrasiyası da Bayden və Makronu yoluyla getməyə çalışacaqsa, o zaman ABŞ Cənubi Qafqazda problemlər yaşayacaq”.

Marko Rubionun dövlət katibi vəzifəsinə gətirilməsi şübhəsiz ki, ABŞ-ın xarici siyasətinə mənfi təsir edəcək və belə görünür ki, Tramın yeni adminstrasiyası çoxlu suallar doğurur.

Nəzərə almalıyıq ki, Marko Rubio fikirləri dəyişən şəxsdir. Məsələn, o Trampın komandasına daxil olmamışdan əvvəl Rusiyanı çox sərt şəkildə tənqid edirdi. Ancaq hal-hazırda Rusiya-Ukrayna müharibəsi ilə bağlı verdiyi açıqlamalarda bu tənqiddən əsər-əlamətin qalmadığını görürük. Marko Rubio müharibə ilə bağlı fikirlərini daha çox Trampın fikirləri ilə uzlaşdırır.

Xüsusilə nəzərə alaq ki, ABŞ-nin xarici siyasəti tam olaraq Dövlət Departamentində formalaşır. Buna görə də, Dövlət Departamentinə rəhbərlik edəcək şəxs də ABŞ xarici siyasətində həlledici şəxsdir.

Mən düşünürəm ki, yeni dönəmdə xarici siyasət daha çox Trampın özünün mövqeyi ilə formalaşacaq. Lakin bu da ABŞ-nin yeni dönəmdə xarici siyasəti ilə bağlı sualları artırır.

 

Xatırladım ki, Tramp bundan əvvəli hakimiyyəti dövründə Cənubi Qafqazda olduqca düzgün siyasət aparmışdı. Tramp Azərbaycanla münasibətlərə xüsusi önəm verirdi. Həmin dövrdə Azərbaycan-ABŞ münasibətləri yüksək səviyyədə inkişaf edirdi. Yeni adminstrasiyasında daha çox ermənipərəstləri toplayan ikinci dönəmində də bu siyasət davam edəcəkmi, bunu söyləmək hazırda çətindir.

Arzu edək ki, Azərbaycan-ABŞ münasibətləri həmin dövrdəki vəziyyətə qayıtsın. Çünki istər Tramp, istərsə də Trampın komandası yaxşı bilməlidir ki, Co Bayden və Fransada Makronun dövründə Cənubi Qafqazda aparılan yanlış siyasət müsbət nəticə verməyib. Bu siyasət bu gün həmin dövlətlərin öz mövqeyini Cənubi Qafqazda itirməsinə səbəb olur. Əgər Trampın yeni adminstrasiyası da Bayden və Makronu yoluyla getməyə çalışacaqsa, o zaman ABŞ Cənubi Qafqazda problemlər yaşayacaq”.

Nərminə UMUDLU

Poliqon.info

Избранный
5
1
poliqon.info

2Источники