RU

Torpaq üstündə mübahisə edən oğul anasını döydü - MƏHKƏMƏ

Abşeron Rayon Məhkəməsində xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Samir Əsədovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.  

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Vaqif Həsənovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 

 

Məhkəmənin hökmü ilə ona 2 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.

 

İttihama görə, hadisə 19 aprel 2023-cü il tarixdə, saat 08 radələrində Abşeron rayonu, Masazır qəsəbəsində qeydə alınıb.

 

Belə ki, Samir Əsədov anası, zərərçəkmiş Nisə Əsədovanın (şərti) yaşadığı sözügedən qəsəbədəki evə gəlib. O, həmin evin yerləşdiyi torpaq sahəsinin ona məxsus olmasını deyib, mərhum qardaşının arvadı ilə mübahisə edib. Bu zaman anası Samirə irad bildirib və onu evdən qovmağa çalışıb. Təqsirləndirilən şəxs isə bunu bəhanə edərək Nisə Əsədovanın biləklərindən tutub qəsdən itələyib yerə yıxıb. Nəticədə qadının 1-ci bel fəqərəsinin yerdəyişməyən sınığı xəsarəti yetirməklə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına az ağır zərər vurub. 

 

Hadisədən sonra Samir Əsədov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib. 

 

Kamal Məmmədov

Tarix: 15 Noyabr 2024, 09:03   
Избранный
36
2
pravda.az

3Источники