Düzdü, “kimyaçılar”ın məşqçilər korpusunda futbolçu karyerasını bitirən Vurğun Hüseynovla Şahin Abdullayev var. Lakin üçüncü köməkçi məşqçi və qapıçılar üzrə məşqçi ilə bağlı konkret qərar yoxdu.
Bəs bu yöndə hansı addımların atılacağı gözlənilir?
“Football-plus.az”ın sualını “Sumqayıt”ın mətbuat xidmətinin rəhbəri Zaur Xudiyev cavabladı:
“Əvvəl “Neftçi”dən çalışan qapıçılar üzrə məşqçi Emil Babayevlə danışıqlarımız müsbət yekunlaşıb. Tezliklə iş başında olacaq. Başqa təyinat gözlənilmir”.
KƏNAN BAHADIR