ABŞ-də yeni prezident seçilən Donald Tramp Argentina prezidenti Xavyer Mili ilə görüşüb.
KONKRET.az xəbər verir ki, bu barədə Cənubi Amerika liderinin mətbuat katibi Manuel Adorni “X” sosial şəbəkəsində məlumat verib. Görüş Trampın Floridadakı Mar-a-Laqo malikanəsində baş tutub.
Mili ABŞ prezidenti seçildikdən sonra Trampla görüşən ilk xarici lider olub.
Vəli Həsənoğlu,
KONKRET.az