RU

Pərviz Şahbazov: "Gələcək nəsillər üçün təmiz, təhlükəsiz enerji irsi yaradırıq"

Azərbaycan və Mərkəzi Asiya ölkələri gələcək nəsillər üçün təmiz, təhlükəsiz enerji irsi yaradır.

“Report” xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov noyabrın 11-dən başlayaraq noyabrın 22-nə qədər Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində təşkil olunmuş Mərkəzi Asiyada Enerji keçidi üzrə İnvestisiya Forumunda bildirib.

"Fürsətdən istifadə edərək Asiya İnkişaf Bankına "yaşıl enerji dəhlizi"nin yaradılması layihəsinin həyata keçirilməsi üzrə məsləhət xidmətlərinə, o cümlədən texniki-iqtisadi əsaslandırmanın hazırlanmasına və birgə müəssisənin işə salınmasına dəstək üçün 225 min ABŞ dolları qrant ayırmaq qərarına görə təşəkkür edirəm. Biz Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizini həyata keçirilməsi planlaşdırılan Xəzər dənizi-Qırmızı dəniz-Avropa və Azərbaycan-Türkiyə-Avropa Yaşıl Enerji Dəhlizlərinə bağlı böyük vahid yaşıl enerji platformasında həyati əhəmiyyətli bir bağlantı hesab edirik. Bu konsepsiya Azərbaycan və Mərkəzi Asiyadan Türkiyə və Avropa bazarlarına əhəmiyyətli həcmdə "yaşıl enerji"si və hidrogenin nəqlini, Asiyadan Avropaya qədər uzanan geniş regionlarda bərpa olunan enerji istehsalı və istehlakının əsas mərkəzlərinin inteqrasiyasını, həmçinin bərpa olunan enerjinin dəyişkənliyinin idarə edilməsi və balanslaşdırılmasını əhatə edir" - o qeyd edib.

Onun sözlərinə görə, böyük enerji layihələri təkcə enerjinin ötürülməsini təmin etmir, həm də sabit və davamlı gələcək üçün yol xəritəsi yaradır: "Mərkəzi Asiya və Azərbaycanın birgə səyləri ilə biz gələcək nəsillər üçün təmiz, təhlükəsiz enerji irsi yaradırıq. Böyük enerji potensialı əsasında qurulmuş üç dəhliz investorlar, enerji şirkətləri və əlbəttə ki, maliyyə qurumları arasında əməkdaşlıq üçün geniş imkanlar təqdim edir. Bu forum vasitəsilə biz investorları və potensial tərəfdaşları bu tarixi transformasiyaya qoşulmağa dəvət edirik. Ümid edirik ki, bu forum və müzakirələr Mərkəzi Asiya ölkələri, Azərbaycan və investorların yaşıl enerji tərəfdaşlığını gücləndirəcək və birgə yanaşmamızın həyata keçirilməsinə töhfə verəcək".

Избранный
15
50
far.az

10Источники