MilliYol.az xəbər verir ki, məsələ ilə bağlı Dövlət Vergi Xidmətindən də "Xəzər Xəbər"ə bildirilib ki, pərakəndə ticarət və iaşə obyektlərində nağdsız ödənişlərin POS-terminallar vasitəsilə deyil, "kartdan karta" köçürülməklə aparılması həm qanunvericiliyin, həm də istehlakçıların hüquqlarının pozulması deməkdir. Bu konkret olaraq alıcının alqı-satqı zamanı bəzi əsas hüquqlarını məhdudlaşdırır.
Dövlət Vergi Xidməti nəzərə çatıdırır ki, bu qanun pozuntusu əsasən vergidən yayınmaq məqsədi daşıyır.
Bildirilib ki, qeyd olunan əməliyyatlara yol verən sahibkarlara qarşı vergi orqanı tərəfindən əlavə vergilər, faizlər hesablana və maliyyə sanksiyaları tətbiq oluna bilər.
Sahibkarlar təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat, ikinci dəfə yol verildikdə 3000 manat, üç və daha çox hallarda yol verildikdə isə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.