RU

“Fənərbağça”dan yeni müqavilə təklifi

Türkiyənin “Fənərbağça” klubu futbolçusu İrfan Can Kahveci ilə müqavilənin müddətini uzatmaq niyyətindədir.

Msport.az xəbər verir ki, bu barədə “Sabah” nəşri məlumat yayıb.

İstanbul təmsilçisi türk vingerlə yeni sözləşmə imzalamağı planlaşdırır.

“Fənərbağça” İrfan Cana illik 65 milyon TL maaş olmaqla 3 illik müqavilə təklif etməyə hazırlaşır. 29 yaşlı futbolçunun bu təklifi qəbul edəcəyi gözlənilir.

Qeyd edək ki, “Fənərbağça” İrfan Can Kahvecini 2021-ci ilin yanvar ayında “Başakşehir”dən transfer edib. Türkiyə millisinin üzvü bu mövsüm Super Liqa təmsilçisinin heyətində meydana çıxdığı 15 rəsmi matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Избранный
11
msport.az

1Источники