RU

Tiflisdəki aksiyaya Bakıdan reaksiya: Onları vətənə buraxmayın!

“Azərbaycana qarşı Gürcüstanda” etnik təmizləmə” adı ilə keçirilən etiraz aksiyasına qoşulanlar birbaşa vətən xainidirlər. Azərbaycanı etmədiyi bir işə görə ittiham edirlər. Guya Azərbaycan Qarabağda etnik təmizləmə aparıb. Azərbaycan bir milyon vətəndaşları birinci Qarabağ müharibəsində etnik təmizləməyə və soyqırıma məruz qaldıqda, heç bir beynəlxalq təşkilat mövqe ortaya qoymadı”.

Tribunainfo.az-ın verdiyi xəbərə görə, Milli Cəbhə Partiyasının sədr müavini Məhəmməd Əsədullazadə belə deyir. Onun sözlərinə görə, hazırda həyata keçirilən çirkli kampaniyaya dəstək verənlər, özlərini siyasi fəal adlandıranlar düşmən kimi hərəkət edirlər: “Vətən xainləri həmişə öz maddi maraqlarına görə vətəni satırlar. Azərbaycanı ermənilərə qarşı etnik təmizləmədə ittiham edənləri ölkəyə buraxmaq olmaz”.


Siyasi şərhçi Asif Nərimanlı isə deyir ki, Tiflisdə erməni, azərbaycanlı və gürcü fəalların COP29-a – Bakıya qarşı keçirdiyi aksiyaya rəhbərlik edən, “ermənilərin etnik təmizləməyə məruz qaldığı” iddiasını təkrarlayan “iqlim fəalı” Qreta Tunberq Ermənistana gedib: ” Azərbaycana qarşı etiraz aksiyalarını İrəvanda davam etdirəcək. Qretanın Cənubi Qafqazda nə baş verdiyindən xəbəri yoxdur, aydındır ki, onu bölgəyə gətirən və Bakıya qarşı aksiyalara qoşan ermənilərdir – erməni diasporu/lobbisi. Məqsəd iqlim məsələləri üzrə dünyada məhşurlaşdırılan Qreta üzərindən diqqəti daha çox cəlb etməkdir. Və təbii ki, Tiflisdə olduğu kimi, İrəvanda da COP29 fonunda Azərbaycana qarşı “etnik təmizləmə” ittihamı irəli sürüləcək, erməni maraqlarının qorunması istiqamətlərdən biri kimi vurğulanacaq. Həmişə olduğu kimi, indi də Azərbaycana qarşı beynəlxalq müstəvidə təşkil olunan kampaniyalarda erməni maraqları prioritetlərdən biri olaraq qalır. Ermənistan hakimiyyəti bu aksiyaların təşkilində birbaşa iştirak etməsə də, maraqlı tərəfdir”.

 

Roman

Избранный
13
tribunainfo.az

1Источники