RU

Millimiz yenə qol vuracaq?

Azərbaycan yığması Millətlər Liqasının V turunda Estoniya ilə qarşılaşacaq.

İdman.biz xəbər verir ki, noyabrın 16-da keçiriləcək matç iki rəqib arasında 12-ci duel olacaq.

Qəbələdə baş tutacaq görüşə qədər millimiz Baltikyanı ölkə təmsilçisi ilə 11 dəfə görüşüb. Komandamız yalnız 2 qələbə qazanıb.

Rəqibin hesabında 4 qələbə var. Digər 5 qarşılaşma sülhlə nəticələnib. Qələbə sayındakı ikiqat üstünlük top fərqində də estoniyalılar öndə olması ilə nəticələnib – 12-9.

Rəsmi turnirlərdə keçirilən 3 oyunun ikisi AVRO-2024-ün seçmə mərhələsi, biri Millətlər Liqası çərçivəsində baş tutub. Bu qarşılaşmalarda bərabərlik hökm sürür.

Hərəyə 1 qələbəsi olan rəqiblər 1 heç-heçə ediblər. Komandaların hərəsi 4 qola sevinib. Millimiz hər üç matçda qol sevinci yaşamağa müvəffəq olub. Komandamız bu seriyanı Qəbələdə davam etdirməyə çalışacaq.

15 fevral 1996. Larnaka. YO. Estoniya – Azərbaycan - 0:0
1 mart 1997. Larnaka. YO. Azərbaycan – Estoniya - 0:2
4 iyun 1997. Vilyandi. YO. Estoniya – Azərbaycan - 1:0
16 may 1998. Vilyandi. BT. Estoniya – Azərbaycan - 0:0
28 noyabr 1998. Gəncə. YO. Azərbaycan – Estoniya - 2:1
6 mart 1999. Larnaka. YO. Azərbaycan – Estoniya - 2:2
3 iyul 2002. Kuressaare. YO. Estoniya – Azərbaycan - 0:0
15 noyabr 2013. Tallin. YO. Estoniya - Azərbaycan - 2:1
17 iyun 2023. Bakı. AÇ. Azərbaycan – Estoniya - 1:1
13 oktyabr 2023. Tallin. AÇ. Estoniya - Azərbaycan - 0:2
11 oktyabr 2024. Tallin. ML. Estoniya - Azərbaycan - 3:1

AÇ – Avropa çempionatının seçmə mərhələsi, ML – Millətlər Liqası, BT – beynəlxalq turnir, YO – yoldaşlıq oyunu

Qeyd edək ki, Qəbələ şəhər stadionunda keçiriləcək Azərbaycan - Estoniya görüşü noyabrın 16-da saat 18:00-da başlayacaq.

Vüqar Xeyrullayev
İdman.biz

Избранный
19
idman.biz

1Источники