RU

İran nüvə silahı əldə etməyə cəhd göstərmir

İran

İran prezidenti Məsud Pezeşkian Tehranda Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəhbəri Rafael Mariano Qrossini qəbul edib.

Reyting.az
xəbər verir ki, bu barədə İran Prezident Ofisi yazılı açıqlama yayıb.

Görüşdə ölkəsinin nüvə proqramının MAQATE ilə əməkdaşlıq çərçivəsində davam etdiyini və şübhələri aradan qaldırmağa hazır olduqlarını bildirən Pezeşkian deyib ki, İran heç vaxt nüvə silahı əldə etməyə cəhd göstərməyib və belə bir fikir də yoxdur.

İran prezidenti əlavə edib ki, ölkə lideri Ayətullah Əli Xamnəinin fitvasına uyğun olaraq, nüvə silahı istehsal etməyə çalışmırlar və heç kimin bu siyasətdən kənara çıxmasına imkan verməyəcəklər.

İsrailin təhdidlərinə də toxunan Pezeşkianın sözlərinə görə, beynəlxalq ictimaiyyət Qəzza və Livanda soyqırım və hərbi cinayətlər törədən İsraili dayandırmalıdır. Əks təqdirdə müharibənin genişlənəcəyinə işarə edən Pezeşkian “Müharibənin nə bizim, nə də bölgənin və ya dünyanın xeyrinə olduğuna inanırıq. Heç bir ağlı başında olan insan müharibə başlatmağa və onu yaymağa cəhd etməz, amma biz təhlükəsizliyimizə qarşı istənilən hərəkətə qətiyyətlə reaksiya verəcəyik”, - ifadəsini işlədib.

MAQATE rəhbəri Qrossi də Pezeşkianın səlahiyyət müddətinin Agentliklə əməkdaşlıq baxımından müsbət dövr olacağına inandığını bildirib. Qrossi qeyd edib ki, İran və Agentlik arasında yaxşı qarşılıqlı fəaliyyət və əməkdaşlıq İranın nüvə fəaliyyətləri ilə bağlı şübhələri mütləq aradan qaldıracaq.

E. KAMAL
Избранный
11
reyting.az

1Источники