RU

Milli Məclisin sədrinin Millətlər Birliyinin Baş katibi ilə görüşü

Milli Məclisin sədri Sahibə Qafarova Millətlər Birliyinin Baş katibi Patrisiya Skotlend ilə görüşüb.

Görüşdə Azərbaycan və Birlik arasında əməkdaşlıq məsələləri, paytaxtımızda keçirilən COP29 və ölkəmizin sədrliyi çərçivəsində irəli sürdüyü qlobal təşəbbüslər barədə fikir mübadiləsi aparılıb.

S.Qafarova Patrisiya Skotlendlə bundan öncəki görüşlərini məmnunluqla xatırlayaraq, Baş katibin bu vəzifədə ölkəmizə cari ilin may ayında reallaşan ilk səfərinin Azərbaycan və Birlik ölkələri arasında institusional əməkdaşlıq qurmağa imkan verdiyini söyləyib.

Söhbət zamanı Azərbaycanın kiçik ada dövlətlərinə göstərdiyi humanitar, texniki yardımlar, həmçinin ölkəmizin Qoşulmama Hərəkatına 4 illik sədrliyi dövründə irəli sürdüyü təşəbbüslər haqqında da məlumat verilib.

Görüşdə vurğulanıb ki, əməkdaşlığın ən mühüm istiqamətlərindən biri iqlim dəyişikliyi məsələsidir. Bildirilib ki, kiçik ada dövlətləri iqlim dəyişikliyinə ən həssas olan ölkələrdir, iqlim dəyişikliklərinin ən pis təsirləri və hətta ekzistensial təhlükə ilə üzləşirlər.

Söhbət zamanı Sahibə Qafarova qonağa noyabrın 16-17-də Milli Məclisin Parlamentlərarası İttifaq ilə birlikdə COP29 çərçivəsində təşkil edəcəyi Parlament Görüşü haqqında da məlumat verib. Qeyd olunub ki, iclasda müxtəlif ölkələrin parlamentlərindən və beynəlxalq təşkilatlardan 330-dək nümayəndə iştirak edəcək.

Patrisiya Skotlend COP29-a sədrliyi münasibətilə ölkəmizə təbriklərini çatdırıb, sədrlik dövründə fəaliyyətlərində uğurlar arzu edib. O, Azərbaycanın kiçik ada dövlətlərinə göstərdiyi dəstəyi yüksək qiymətləndirib.

XQ

Избранный
8
19
xalqqazeti.az

10Источники