RU

ABŞ-də yüz minlərlə insan işsiz qala bilər

Elektrikli avtomobillərlə bağlı ilk addım ABŞ-nin yeni prezidenti seçilən Donald Trampdan gəlib. 

"Cebheinfo.az" xəbər verir ki, ABŞ-də ikinci dəfə prezident seçilən Trampın keçid komandası elektriklə işləyən avtomobillərdə 7 500 dollarlıq istehlakçı təşviqini aradan qaldırmağı planlaşdırır. 

Trampın vergi islahatı qanununun kimi diqqət çəkən bu addım ABŞ-nin elektriklə işləyən avtomobillərə keçidini ləngidə bilər.

Trampın ən böyük dəstəkçilərindən biri olan milyarder iş adamı İlon Maskın şirkəti "Tesla" da təşviqin qaldırılmasını dəstəkləyir. 

Mask "Tesla" satışları üçün stimulun aradan qaldırılmasını qısa müddətdə mənfi, uzunmüddətli perspektivdə isə müsbət görür.

Digər tərəfdən "Tesla" səhmləri bu xəbərlə təxminən 6 faiz ucuzlaşaraq günü 311,18 dollarla bağlayıb.

"Rivian" 14 faiz itirərək 10,31 dollara, "Lucid" isə 5 faiz ucuzlaşaraq 2,08 dollara düşüb.

Təşviq Co Bayden administrasiyası dövründə “İnflyasiyanın azaldılması aktı” (IRA) çərçivəsində təklif edilib. Bayden bəzi məşhur təmiz enerji siyasətlərinə son qoymağın çətin olduğunu müdafiə edib.

Seçki kampaniyası zamanı ABŞ-də neft hasilatını artıracağını və Baydenin təmiz enerji siyasətini geri alacağını vəd edən Trampın keçid komandası istehlakçı təşviqlərinin aradan qaldırılmasını asan hədəflərdən biri kimi görür.

Avtomobil sənayesi nümayəndələri təşviqlərin qorunmalı olduğunu, əks halda avtomobil sənayesində yüz minlərlə insanın işini itirəcəyini bildirir.

Избранный
12
cebheinfo.az

1Источники