RU

Azərbaycan IRENA ilə birgə bərpaolunan enerji tərəfdaşlığı proqramını təsis edib

Energetika Nazirliyi Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi (IRENA) ilə birlikdə “Mərkəzi Asiyada Sürətləndirilmiş Bərpa Olunan Enerji Tərəfdaşlığı” (APRECA) adlı proqram təsis edib.

"Operativ Media" xəbər verir ki, proqram COP29 çərçivəsində təşkil olunmuş Mərkəzi Asiyada Enerji keçidi üzrə İnvestisiya Forumunda təqdim olunub.

Forumda Azərbaycanla yanaşı, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan və Birləşmiş Ərəb Əmirliklərindən nazirlər və nazir müavinləri iştirak ediblər. Onlar Mərkəzi Asiya ölkələrində artan enerji tələbatını ödəmək, enerji mənbələrinin müxtəlifliyini təmin etmək, iqtisadi artımı dəstəkləmək və iqlim məqsədlərinə nail olmaq üçün yaşıl enerjidən istifadəni artırmağın yollarını müzakirə edib.

Qeyd olunub ki, APRECA proqramı Mərkəzi Asiya ölkələrinin potensialını səfərbər edərək regional əməkdaşlıq çərçivəsində investisiyaların genişləndirilməsini, regionlararası əlaqələrin gücləndirilməsini və sosial-iqtisadi faydaların artırılmasını hədəfləyir.

Избранный
2
4
operativmedia.az

5Источники