RU

“Azərbaycan kiçik ada dövlətlərinə dəstəyini davam etdirir”

“Noyabrın 13-də Bakıda COP29 çərçivəsində keçirilmiş inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitində iqlim dəyişikliyinin bu ölkələrə yaratdığı təhdidlər və yaranan təhlükələrin minimuma endirilməsi üçün zəruri olan tədbirlər müzakirə edilib. Azərbaycan artıq uzun müddətdir ki, kiçik ada dövlətlərinə dəstək verir, onlara müxtəlif təbii fəlakətlərin təsirini azaltmaq üçün yardım göstərir. Azərbaycan su təchizatı, qida təhlükəsizliyi və mədəni irsin bərpası layihələrinə dəstək verir.”

Publika.az xəbər verir ki, bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkili bildirib: ” Prezident İlham Əliyev Azərbaycanın Qoşulmama Hərəkatında dördillik sədrliyi dövründə 80-dən artıq ölkəyə, o cümlədən 20 kiçik ada dövlətinə maliyyə və humanitar yardım göstərilib.Dövlətimizin başçısı bütün inkişaf etmiş ölkələri bu işə səfərbər olmağa çağırdı. Qeyd olundu ki, həmin ölkələrin üzləşdiyi çağırışların aradan qaldırılması COP29-da Azərbaycanın göstərdiyi səylərin əsasını təşkil edir.”

K.Qafarov vurğulayıb ki, Prezident İlham Əliyevin neokolonializm və iqlim dəyişmələri mövzusunda səsləndirdiyi fikirlər Azərbaycanın prinsipial mövqeyini bir daha nümayiş etdirib:

Избранный
1
4
publika.az

10Источники