RU

Azərbaycan kiçik ada dövlətlərinə dəstəyini davam etdirir - Kamaləddin Qafarov

Bakı. Trend:

Noyabrın 13-də Bakıda COP29 çərçivəsində keçirilmiş inkişafetməkdə olan kiçik ada dövlətlərinin Sammitində iqlimdəyişikliyinin bu ölkələrə yaratdığı təhdidlər və yaranantəhlükələrin minimuma endirilməsi üçün zəruri olan tədbirlərmüzakirə edilib. Azərbaycan artıq uzun müddətdir ki, kiçik adadövlətlərinə dəstək verir, onlara müxtəlif təbii fəlakətlərintəsirini azaltmaq üçün yardım göstərir. Azərbaycan su təchizatı,qida təhlükəsizliyi və mədəni irsin bərpası layihələrinə dəstəkverir.

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatıKamaləddin Qafarov deyib.

Millət vəkili bildirib: "Prezident İlham Əliyev AzərbaycanınQoşulmama Hərəkatında dördillik sədrliyi dövründə 80-dən artıqölkəyə, o cümlədən 20 kiçik ada dövlətinə maliyyə və humanitaryardım göstərilib.Dövlətimizin başçısı bütün inkişaf etmiş ölkələribu işə səfərbər olmağa çağırdı. Qeyd olundu ki, həmin ölkələrinüzləşdiyi çağırışların aradan qaldırılması COP29-da Azərbaycanıngöstərdiyi səylərin əsasını təşkil edir”.

K.Qafarov vurğulayıb ki, Prezident İlham Əliyevin neokolonializmvə iqlim dəyişmələri mövzusunda səsləndirdiyi fikirlər Azərbaycanınprinsipial mövqeyini bir daha nümayiş etdirib:

“Bu gün dünyaya demokratiya dərsi keçmək iddiasında olan Fransavə Niderland kimi dövlətlərin hələ də müstəmləkəsində qalan ölkələrhazırda iqlim dəyişikliyindən ən çox əziyyət çəkənlər sırasındadır.Həm də bu fəsadlar təkcə təbii proseslər nəticəsində deyil, həm dəneokolonializmi təşviq edən dövlətlərin müstəmləkə ərazilərindədağıdıcı fəaliyyətləri ilə bağlı yaranır. Öz çıxışında dövlətimizinbaşçısı bu fəlakətlərə səbəb olan dövlətlərin həyata keçirdiklərisiyasəti qətiyyətlə ifşa etdi.

Fransa və Niderlandın öz müstəmləkə ərazilərində uzun illərboyunca apardıqları yüzlərlə nüvə sınaqları səbəbindən ətrafmühitin ciddi şəkildə ziyan görməsini vurğulayan cənab Prezidenthəmin ərazilərdə torpaq və suyun kəskin dərəcədə zəhərlənməsinə,radiasiya fonunun yüksəlməsinə görə bu ölkələrin məsuliyyətdaşıdıqlarını birmənlı şəkildə bəyan etdi.

Cənab Prezident İlham Əliyev Fransanın dırnaqarası dənizərazilərində törətdiyi cinayətlər, insan hüquqlarının kütləvisurətdə və kobud şəkildə pozulması hallarını diqqət mərkəzinəçəkərək, Makron rejiminin bu il Yeni Kaledoniyada kanaklarınlegitim etiraz aksiyasında 13 nəfərin həyatına son qoyduğunu, 169nəfəri yaraladığını və 1700 insanı həbs etdiyini xatırlatdı. Bütünbunlara baxmayaraq, Fransa nə Avropa Komissiyası, nə AvropaParlamenti, nə də Avropa Şurasının Parlament Assambleyasıtərəfindən pisləndi.

Bu, da o deməkdir ki, Avropa Parlamenti və Avropa ŞurasıParlament Assambleyası günahsız insanların qətlinə görə PrezidentMakronun hökuməti ilə məsuliyyəti bölüşürlər. Azərbaycan isə kiçikada dövlətlərinə öz dəstəyini bundan sonra da davametdirəcəkdir”.

Избранный
12
9
az.trend.az

10Источники