“Barselona”nın prezidenti Xuan Laporta Azərbaycana gəlir.
Heftelik.az-ın məlumatına görə, Laporta Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasında (COP29) iştirak edəcək.
Laportanın səfəri noyabrın 16-na planlaşdırılıb.
Qeyd edək ki, COP29 noyabrın 11-dən 22-dək Bakıda keçirilir.
Xatırladaq ki, Laportanın 2003-2010-cu illərdə “Barselona”ya rəhbərliyi dövründə komanda dörd dəfə La Liqanı, iki dəfə Çempionlar Liqasını qazanmaqla ümumilikdə 12 kuboka sahiblənib. 2009-cu ildə isə “Barselona” il ərzində altı kubok qazanıb və rekorda imza atıb.
Laporta 2021-ci ilin martın 7-də yenidən “Barselona”nın prezidenti seçilib.