Hüquq-mühafizə orqanları iqlim dəyişmələri ilə bağlı proseslərə daha çox cəlb edilməlidir.
"Report" xəbər verir ki, bunu BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin icraçı direktoru və Vyana ofisinin rəhbəri Qada Vali "İqlim dəyişikliyi ilə mübarizədə hüquq-mühafizə orqanlarının səfərbər olunması" adlı yüksəksəviyyəli sessiyada deyib.
Onun sözlərinə görə, bununla da ekoloji cinayətlərin qarşısının alınması üçün tədbirləri gücləndirmək mümkündür.
BMT rəsmisi Azərbaycanın COP29-a ev sahibliyini yüksək qiymətləndirib.