RU

"Maliyyə resurslarının ayrılması ilə bağlı layihələr önə sürülməlidir" - MÜNASİBƏT BİLDİRİLDİ

"COP29 çox əhəmiyyətli bir tədbir oldu. Bu həm də Azərbaycanın beynəlxalq miqyasda rolunun və nüfuzunun artmasını göstərən hadisə idi". Bu sözləri SİA-ya açıqlamasında politoloq Oqtay Qasımov deyib.

O bildirib ki, Azərbaycan öz üzərinə düşəni və təşkilatçılığı yüksək səviyyədə həyata keçirdi: "Bu da tədbir iştirakçıları tərəfindən xüsusi qeyd olundu.

COP29-da çox vacib məqamlar oldu. Nəzərə almaq lazımdır ki, COP29 daha çox maliyyə tədbiri kimi yadda qalır. Çünki həm təşkilatçı tərəf olaraq Azərbaycan gündəmi təklif etdi ki, əvvəlki COP-larda irəli sürülən layihələrin həyata keçirilməsi və iqlim, ekosistemin qorunması, tarazlığın bərpa olunması üçün artıq sözdən əmələ keçilməlidir. Məhz bu istiqamətdə maliyyə resurslarının ayrılması ilə bağlı layihələr önə sürülməlidir. Buna da müəyyən mənada nail olundu. Həm Avropa İttifaqının, həm digər ölkələrin, İngiltərə, İtaliya, Yunanıstanın baş nazirlərinin, o cümlədən ABŞ nümayəndəsinin açıqlamaları onu göstərir ki, hal-hazırda daha çox atmosferin çirklənməsində rol oynayan tərəflərin müəyyən maliyyə vəsaitləri ayırmaqla bağlı niyyətləri var.

Avropa ittifaqının ayıracağı 30 milyard büyük vəsait olsa da, hal-hazırda ekosistemdə yaranmış, iqlim dəyişmələri ilə mübarizədə çox da böyük rəqəm hesab olunmur. Çünki söhbət artıq yüz milyardlarla trilyon dollar vəsaitdən gedir. Bu birdən-birə olan ayrılacaq vəsaitlər deyil, sadəcə ölkələr verilən bu bəyanatlarda üzərlərinə düşənləri etsələr, həm COP29 öz hədəflərinə çatmış sayıla bilər, eyni zamanda dünyada iqlim dəyişiklikləri ilə bağlı mübarizə daha effektiv mərhələyə keçə bilər. Hər halda səslənən bir çox bəyanatlar müsbət dəyərləndirilsə də, yekun qərarlar və ayrılacaq vəsaitlərla bağlı rəqəmlər dəqiqləşəndən sonra daha konkret fikir söyləmək olar".

Müəllif: Söylü Ağazadə
Избранный
9
1
sia.az

2Источники