RU

Hüquq-mühafizə orqanlarının səlahiyyətlərinin artırılması ekoloji cinayətlərə qarşı mübarizəni gücləndirəcək - COP29-un Prezidenti

Bakı. Trend:

Hüquq-mühafizə orqanlarının səlahiyyətlərinin artırılmasıekoloji cinayətlərə qarşı mübarizəni gücləndirəcək.

Trendxəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri, COP29-unPrezidenti Muxtar Babayev "İqlim dəyişikliyi ilə mübarizədəhüquq-mühafizə orqanlarının səfərbər olunması" adlı yüksəksəviyyəlisessiyada deyib.

Onun sözlərinə görə, COP28-də hüquq-mühafizə orqanlarının roluyüksək qiymətləndirilib:

"Biz COP29-da bunu davam etdirməyə çalışırıq. Missiyamızaydındır. Ekoloji cinayətlər, heyvan və dəniz canlıların iqlimdəyişikliyi təsiri, ekosistemlə bağlı tədbirlər aparmaq.Hüquq-mühafizə orqanları olmasa, təbii irsimizi qorumaq çətinolacaq".

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyiüzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir vəregionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlıədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilədayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşılenerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığıüçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanınazaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şəraityaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Избранный
24
az.trend.az

1Источники