RU

Karbohidrogen yanacağından uzaqlaşma prosesi ədalətli və nizamlı şəkildə aparılmalıdır - Elnur Soltanov

Bakı. Trend:

COP29 çərçivəsində karbohidrogen yanacağı kimi çox həssasmövzularda vacib müzakirələr aparılır. Dünyada istixana qazlarınıntəqribən 70 faizi bu sahədə yaranır. Ancaq biz görürük ki, neft-qazmövzusu lazım olduğundan daha çox vurğulanır. Məsələn,karbon-dioksidin miqdarına baxsaq, burada ilk sırada kömürsektorunun gəldiyini görərik. Halbuki Azərbaycanda mədənlər olsada, ölkəmiz bundan istifadə etmir.

Trend xəbər verir ki, bunuCOP29 kuluarlarında jurnalistlərə açıqlamasında COP29-un baş icraçıdirektoru Elnur Soltanov söyləyib.

O bildirib ki, neft-qaz məsələsinin daha çox qabardılmasınınəsas məqsədi geosiyasi və geoiqtisadi maraqların iqlimmüzakirələrinə qarışması ilə bağlıdır. Bu da iqlim müzakirələriniideolojiləşdirir.

Dünyanın karbohidrogen yanacaqlarından uzaqlaşmasının COP-larçərçivəsində verilən qərarlar daxilində həyata keçirilməli olduğunudeyən E.Soltanov əlavə edib:

“Karbohidrogen yanacaqlarından uzaqlaşma prosesi ədalətli vənizamlı şəkildə aparılmalıdır. Eyni zamanda, təbii qazın keçidyanacağı olaraq rolu vurğulanmalıdır. Çünki elmi modellər göstərirki, təbii qazın yaşıl keçiddə yolu çox böyükdür”.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Избранный
33
az.trend.az

1Источники