RU

Mask öz nazirliyinə kadr axtarır: Bizə pulsuz işləyəcək yüksək IQ-lu kadrlar lazımdır


7NEWS.az xəbər verir ki, ABŞ-ın 47-ci prezidenti seçilən Donald Tramp ikinci prezidentlik müddətinə hazırlıqlarını davam etdirərkən, vəzifəyə gəldikdən sonra kiminlə çalışacağı kabinetinin və yaxın komandasının adlarını müəyyənləşdirməyə başlayıb. 25 adın daxil olacağı kabinetdə amerikalı milyarder Elon Mask və sahibkar Vivek Ramasvami Hökumətin Səmərəliliyi Nazirliyini idarə edəcəklər. Mask və Ramasvami yüksək IQ-ya malik inqilabçılardan hökumət xərclərini azaltmaq üçün qurduqları yeni nazirlik üçün ödənişsiz işləmələrini xahiş ediblər. Cümə axşamı günü kadrların işə qəbulu üçün müraciətlərin toplanmasına başlayan komissiya, həftədə 80 saatdan çox işləməyə və kiçik hökumət yanaşmasını qəbul etməyə hazır olan Amerikalı namizədləri axtardıqlarını açıqladı.
Избранный
7
7news.az

1Источники