RU

Bakıda 170 obyekt CƏRİMƏLƏNDİ - RƏSMİ

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakıda ödənişləri POS-terminal deyil, kartdan-karta köçürülməklə həyata keçirən 170-dək obyekti cərimələyib.

 

Sfera.az xidmətə istinadən xəbər verir ki, bir sıra obyektlərdə qanunvericiliyin tələblərinə baxmayaraq, ümumiyyətlə, POS-terminal quraşdırılmadığı müəyyən edilib. Noyabrın 16-dan etibarən həmin vergi ödəyiciləri ilə də bağlı nəzarət tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulur.

 

Dövlət Vergi Xidməti bir daha bildirir ki, nağdsız ödənişlərin qəbulu yalnız POS-terminal vasitəsilə həyata keçirilməli və bu zaman vətəndaşlara POS-terminalın qəbzi ilə yanaşı, nəzarət-kassa aparatının çeki də təqdim olunmalıdır. Mövcud qanunvericiliyə əsasən, istehlakçılara elektron ödəniş etmək imkanının yaradılması vergi ödəyicilərinin birbaşa vəzifələrinə aiddir. Sahibkarlar maliyyə sanksiyalarına məruz qalmamaq üçün nağdsız ödəmələr zamanı POS-terminallardan istifadəni təmin etməlidirlər.

 

Vasif

Sfera.az

Избранный
11
13
sfera.az

10Источники