RU

Kamran Əliyev COP29-dan DANIŞDI

"Bu tədbir iqlim fəaliyyətinə dair mühüm məsələləri müzakirə etmək və biomüxtəlifliyin qorunması, ekoloji cinayətlərə qarşı mübarizə, karbon emissiyalarının azaldılması üçün hüquq-mühafizə orqanlarının səylərini gücləndirmək baxımından xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsləri ölkənin yaşıl enerji təşəbbüslərinə və ətraf mühitin mühafizəsinə bağlılığını nümayiş etdirir. COP29-a ev sahibliyi etməyimiz beynəlxalq ictimaiyyətin bu sahədəki səylərimizi tanımasının göstəricisidir"

News24.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində Mavi Zonada keçirilən "İqlim dəyişikliyi ilə mübarizədə hüquq- mühafizə orqanlarının səfərbər olunması" adlı yüksək səviyyəli sessiyada deyib.

Kamran Əliyev, həmçinin, çıxışında Birləşmiş Ərən Əmirliklərinin Baş nazirinin müavini və daxili işlər naziri general-leytenant Şeyx Seyf bin Zayed Əl Nəhyana konfransın həmsədri kimi göstərdiyi liderliyi və BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin ekoloji cinayətlərə qarşı mübarizədə dəstəyini yüksək qiymətləndirib.

Избранный
2
5
news24.az

8Источники