RU

Burundi Senatının vitse-spikeri Azərbaycanda səfərdədir

Burundi Senatının vitse-spikeri Fabrise Nkurunziza Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycana səfərə gəlib.

Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, vitse-spikerin Azərbaycana səfərinin əsas məqsədi Parlamentlərarası İttifaq və Milli Məclisin birgə təşkilatçılığı ilə keçiriləcək parlament görüşündə iştirak etməkdir.

Heydər Əliyev Beynəlxalq Hava Limanında qonağı Milli Məclisin Burundi ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Elşən Musayev və digər rəsmi şəxslər qarşılayıblar.

"Cebheinfo.az"

Избранный
5
10
cebheinfo.az

10Источники