RU

ADY sədrinə yeni müavin təyin edildi

“Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) yeni təyinat həyata keçirilib.

HİT.az Səhmdar Cəmiyyətə istinadən xəbər verir ki, Arif Ağayev ADY sədrinin müavini vəzifəsinə təyin edilib.

Bundan əvvəl ADY sədrinin müşaviri vəzifəsində çalışan A. Ağayev sərmayələrin idarə olunması, beynəlxalq maliyyə qurumları ilə əlaqələr və strateji hədəflərin icrasına nəzarətə məsul olub.

Qeyd edək ki, A. Ağayev Azərbaycan Dövlət İqtisad Universitetini bakalavr və magistr, Böyük Britaniyanın Kembric Universitetini isə biznesin idarə edilməsi üzrə magistr dərəcəsi ilə bitirib.

Müxtəlif illərdə “ATL” Şirkətlər qrupu, “SAQA” gəmi təmiri şirkəti və fərqli beynəlxalq məsləhətçi şirkətlərdə çalışıb, biznesin inkişafı, regional layihələr üçün maliyyə təhlilləri, sahibkarlığın inkişafı və kommersiya təhlili kimi istiqamətlərdə böyük təcrübə əldə edib.

A. Ağayevin ADY-nin sədr müavini vəzifəsinə təyin edilməsi şirkətdə maliyyə və strateji planlaşdırma, əməliyyatların optimallaşdırılması, tərəfdaşlıq münasibətlərinin inkişafı və korporativ idarəetmənin yaxşılaşdırılması kimi sahələrə mühüm töhfə verəcək.

Yeni təyinat ADY-də uğurla davam etdirilən kadr islahatlarının, eləcə də şirkətdə peşəkar, xüsusilə beynəlxalq təcrübəyə malik şəxslərin karyera irəliləyişinə dəstək verilməsinin göstəricisidir.


 

Избранный
20
27
hit.az

10Источники