RU

Prokurorluq binalarında karbon izlərini azaltmaq məqsədilə işlər görülüb - Baş prokuror

Bakı. Trend:

Prokurorluq binalarında karbon izlərini azaltmaq və ekolojicəhətdən təmiz təşəbbüsləri təşviq etmək etmək məqsədilə işlərgörülüb.

Trend xəbərverir ki, bunu Azərbaycan Respublikasının Baş Prokuroru KamranƏliyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə KonvensiyasınınTərəflər Konfransının 29-cu sessiyası çərçivəsində Mavi Zonadakeçirilən "İqlim dəyişikliyi ilə mübarizədə hüquq- mühafizəorqanlarının səfərbər olunması" adlı yüksək səviyyəli sessiyadadeyib.

Bu yaxınlarda açılmış prokurorluq binalarında karbon izləriniazaltmaq və ekoloji cəhətdən təmiz təşəbbüsləri təşviq etməköhdəliyimizi nümayiş etdirən inteqrasiya olunmuş günəş panelləri vəelektrik avtomobilləri var.

Prokurorluq Azərbaycanın ərazilərinin bərpasından sonra işğaldanazad edilən ərazilərdə 30 ilə yaxın işğal zamanı törədilmiş ekolojicinayətləri istintaq edir. Ekoloji pozuntulara hüquqi qiymətverilməsi və meşəbərpa kampaniyalarının başlanması istiqamətindəişlər davam etdirilir.

İqlimlə bağlı fəaliyyətin inkişafı ilə bağlı AzərbaycanProkurorluğunun öhdəliklərindən bəhs edən Kamran Əliyev bildiribki: “Elektrikli avtomobil parkımızı 30-a qədər artıraraq, karbonizimizi əhəmiyyətli dərəcədə azaldırıq, bundan əlavə, inzibatibinalarımızı enerji ilə təmin etmək üçün günəş və küləkenerjisindən istifadə etməyə davam edəcəyik.”

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Избранный
4
4
az.trend.az

5Источники